22:28 21-10-2020
news_image
76
FUTBOL

Daha 4 futbolçuya yeni müqavilə təklifi – “Barselona”dan

“Barselona” müvəqqəti əmək haqqı kəsilməklə yeni müqavilələr imzalamaq üçün komandanın futbolçuları ilə danışıqları davam etdirir.
 
Apasport.az saytının məlumatına görə, rəhbərlik hazırda 4 oyunçu ilə razılığa gəlməyə çalışır.
 
Bunlar müdafiəçi Serxi Roberto, yarımmüdafiəçilər Serxio Buskets, Filipp Koutinyo və hücumçu Antuan Qrizmanndır. Təklif 2020/21 mövsümündə maaşların kəsilməsi, həmin məbləğin növbəti illərdə məvacibdəki artımla ödənilməsidir. Hazırda oyunçularla müzakirələr aparılır.
 
Qeyd edək ki, “Barselona” koronavirus pandemiyasının yaratdığı maliyyə böhranından qurtulmaq üçün analoji anlaşmanı ilk olaraq qapıçı Mark-Andre ter Ştegen, müdafiəçilər Jerar Pike, Kleman Lanqle və yarımmüdafiəçi Frenki de Yonqla edib.