23:24 21-10-2020
news_image
89
FUTBOL

“Borussiya”nın futbolçusunu istəyir – “Bavariya”

Mönhenqladbax “Borussiya”sının futbolçusu Denis Zakariya klubunu dəyişə bilər.
 
Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi Bundesliqanın digər təmsilçisi “Bavariya”nın maraq dairəsinə düşüb.
 
Müdafiəyəmeyilli oyunçunu eyni zamanda “Mançester Yunayted” və “Çelsi” də yaxından izləyir. Münhen təmsilçisi İsveçrə millisinin üzvünü ən geci mövsümün sonunda heyətinə qatmaq üçün qarşı tərəflə danışıqlara başlayıb.
 
Qeyd edək ki, bu mövsüm zədə ucbatından hələ heç bir oyuna çıxmayan Zakariyanın “Borussiya” ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.