09:02 22-10-2020
news_image
76
FUTBOL

“Qrupdan çıxmaq istəyirik” – “Makkabi”nin qapıçısı

“Çempionlar Liqasında irəliləməyə çox yaxın idik. Ancaq son anda büdrədik”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Təl-Əviv “Makkabi”sinin qapıçısı Daniel Tenebaum deyib.

Ölkəsinin mətbuatına açıqlama verən braziliyalı qolkiper bu gün üz-üzə gələcəkləri “Qarabağ”la matçdan etibarən uğurlu çıxış etməyi hədəflədiklərini söyləyib: “Avropa Liqasına uğurlu start götürmək üçün “Qarabağ”la görüşə hazırlığımızı yekunlaşdırmışıq. Qarşılaşmaya hərtərəfli köklənmişik, özümüzə güvənirik. Bu turnirdə mümkün qədər irəliləmək, növbəti mərhələyə çıxmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Koronavirus infeksiyasından sağalan futbolçular da hazırda komandaya kömək etməyə hazırdırlar”.

Qeyd edək ki, bu gün Təl-Əvivdə keçiriləcək “Makkabi” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.