09:19 22-10-2020
news_image
61
FUTBOL

“Qrup ikinciliyini hədəfləyirik” – “Qarabağ”ın rəqibi

“Ən çətin oyunumuza çıxacağıq. Amma ilk oyunlarda nəticəni müəyyənləşdirmək olmur”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsində “Vilyarreal”la (İspaniya) keçiriləcək oyun barədə danışarkən deyib.

Azərbaycan çempionu “Qarabağ”la İ qrupunda qərarlaşan Super Liqa təmsilçisi İspaniyaya uğurlu başlanğıc üçün yollanıb. Çalımbay “Vilyarreal”ın qrupun favoriti olduğunu, ikinci yer uğrunda mübarizə aparacaqlarını söyləyib: “Vilyarreal”ın oyunlarını izləmişik, onları yaxşı tanıyırıq. Şübhəsiz ki, “Vilyarreal” qrupun favoritidir. Amma biz də ikinci yeri tutmaq üçün əlimizdən gələni edəcəyik. Məncə, qrupda ilk iki yer uğrunda gərgin mübarizə olacaq”.

Qeyd edək ki, bu gün İ qrupunda həmçinin “Qarabağ” Təl-Əvivdə “Makkabi”nin qonağı olacaq.