13:51 22-10-2020
news_image
72
FUTBOL

Braziliyalı futbolçusunu itirdi – “Mançester Siti”

Çempionlar Liqasının qrup mərhələsinə “Porto” üzərində qələbə ilə (3:1) başlayan “Mançester Siti” bir futbolçusunu itirib.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” braziliyalı yarımmüdafiəçi Fernandinyonun xidmətindən məhrum olub.

Qarşılaşmanın 85-ci dəqiqəsində meydana daxil olan müdafiəyəmeyilli oyunçu zədələndiyi üçün əlavə edilmiş vaxtda əvəzlənib. Həkim müayinəsindən sonra məlum olub ki, Fernandinyo qarşıdakı ay yarım ərzində komandasına kömək edə bilməyəcək.

35 yaşlı oyunçu ən yaxşı halda qrup mərhələsinin son turunda “Marsel”lə (Fransa) dekabrın 9-na təsadüf edən qarşılaşmada meydana çıxa biləcək.