14:27 22-10-2020
news_image
105
FUTBOL

“Neftçi”, “Qarabağ” və “Qəbələ” - 10

Bu gün Avropa Liqasında qrup mərhələsi start götürəcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” İsraildə “Makkabi” ilə görüşəcək.

Təl-Əvivdəki görüş təmsilçilərimizin qrup mərhələsində yubiley – 10-cu startı olacaq. İndiyədək Azərbaycan klubları 9 dəfə əsas raundda mübarizə aparıb.

Bunlardan biri Çempionlar Liqası, səkkizi Avropa Liqasında baş tutub. “Qarabağ” 6, “Qəbələ” 2, “Neftçi” 1 dəfə bunu bacarıb.

Əvvəlki 9 startda Azərbaycan klubları qələbə qazana bilməyib. Maraqlıdır ki, hər üç komanda – “Neftçi”, “Qarabağ” və “Qəbələ” qrupda qolsuz heç-heçə ilə debüt edib. Sonradan ağdamlılar daha bir dəfə qrupa 1 xalla başlasa da, digər 5 matçda uduzmuşuq. Son üç ildə isə “Qarabağ” ilk oyununda qol vurmadan uduzub.

Çempionlar Liqası
12 sentyabr 2017. “Çelsi” (İngiltərə) – “Qarabağ” – 6:0
Avropa Liqası
20 sentyabr 2012. “Partizan” (Serbiya) – “Neftçi” - 0:0
18 sentyabr 2014. “Qarabağ” – “Sent Etyen” (Fransa) - 0:0
17 sentyabr 2015. “Qəbələ” - PAOK (Yunanıstan) – 0:0
17 sentyabr 2015. “Tottenhem” (İngiltərə) – “Qarabağ” – 3:1
15 sentyabr 2016. “Qarabağ” – “Slovan” (Çexiya) – 2:2
15 sentyabr 2016. “Anderlext” (Belçika) – “Qəbələ” – 3:1
20 sentyabr 2018. "Sportinq” (Portuqaliya) – "Qarabağ” – 2:0
19 sentyabr 2019. “Qarabağ” – “Sevilya” (İspaniya) – 0:3