17:13 22-10-2020
news_image
184
TOP OYUNLARI

Millimizin oyunlarının tam təqvimi – AVRO-2021-də

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin II dövrəsindəki oyunların da vaxtı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, F qrupunda Gürcüstan, Monteneqro və Yunanıstanla mübarizə aparacaq komandamız II dövrədə daha üç matça çıxacaq.

Bu qarşılaşmalar 2021-ci ilin yanvarın 15-17-də keçiriləcək. Oyunlara Monteneqro ev sahibliyi edəcək.

Qeyd edək ki, I dövrənin qarşılaşmaları yanvarın 7-9-da Gürcüstanda keçiriləcək. 

AVRO-2021-in seçmə mərhələsi
F qrupu

I dövrə
7 yanvar

16:00. Azərbaycan – Monteneqro
19:00. Gürcüstan – Yunanıstan
8 yanvar
16:00. Monteneqro – Yunanıstan
19:00. Azərbaycan – Gürcüstan
9 yanvar
16:00. Yunanıstan – Azərbaycan
19:00. Monteneqro - Gürcüstan

II dövrə
15 yanvar

16:00. Gürcüstan – Yunanıstan
19:00. Monteneqro - Azərbaycan
16 yanvar
16:00. Yunanıstan – Azərbaycan
19:00. Gürcüstan - Monteneqro
17 yanvar
16:00. Azərbaycan – Gürcüstan
19:00. Yunanıstan - Monteneqro

Qeyd: oyunların başlama saatı yerli vaxtla göstərilib.