17:55 22-10-2020
news_image

Rəqibləri bəlli oldu - cüdoçularımızın

Oktyabrın 23-25-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışda Azərbaycan millisinin 17 cüdoçusunun ilk rəqibləri bəlli olub.

14 kişi və 3 qadın idmançımız medallar uğrunda mübarizədəki ilk rəqibini tanıyıb.

Kişilər 
60 kq, 1-ci mərhələ

Kəramət Hüseynov – Luka Mxeidze (Fransa)
Davud Məmmədsoy - Vijay Kumar Yadav (Hindistan)
66 kq, 2-ci mərhələ
Nicat Şıxəlizadə - Villian Lima (Braziliya)/Yarin Menaged (İsrail) cütünün qalibi
Orxan Səfərov – İvo Verhorstert (Niderland)
73 kq, 1-ci mərhələ
Telman Vəliyev - Georgios Azoidis (Yunanıstan)
2-ci mərhələ
Rüstəm Orucov – Anxaya Lavjarqal (Monqolustan
81 kq, 1-ci mərhələ
Murad Fətiyev – Gilyerme Şmidt (Braziliya)
2-ci mərhələ 
Hidayət Heydərov – İvaylo İvanov (Bolqarıstan)
90 kq, 2-ci mərhələ
Məmmədəli Mehdiyev – Farux Bulekulov (Qırğızıstan)/Conatas Paçer (Avstriya) cütünün qalibi
Rüfət İsmayılov – Rafael Maçedo (Braziliya)
100 kq, 2-ci mərhələ
Elmar Qasımov – Peter Kordeli (Macarıstan)/Mert Şişmanlar (Türkiyə) cütünün qalibi
Zelim Kotsoyev – Alibek Serikbayev (Qazaxıstan)/Munqxbayar Battoqtox (Monqolustan) cütünün qalibi
+100 kq, 1-ci mərhələ
Uşangi Kokauri – Cemal Erdoğan (Türkiyə) 
Camal Feyziyev – Harun Sadikoviç (Bosniya və Herseqovina)
Qadınlar
48 kq, 1-ci mərhələ

Aişə Qurbanlı – Şirin Boukli (Fransa)
Leyla Əliyeva – Luka Mamira (Macarıstan)
52 kq, 1-ci mərhələ
Gültac Məmmədəliyeva – Qal-Od Tserentoqxod (Monqolustan)

Qeyd edək ki, 80 ölkədən 624 cüdoçunun  qatılacağı turnirdə idmançılar Tokio Olimpiadasına reytinq xalları da qazanacaqlar.