23:03 22-10-2020
news_image
114
FUTBOL

8-ci səhv - "Arsenal"ın qapıçısından

İngiltərənin “Arsenal” klubunun qapıçısı Bernd Leno növbəti dəfə antiqəhrəmana çevrilib.
 
Apasport.az saytının məlumatına görə, təcrübəli qolkiper Avropa Liqasının I turunun “Rapid”lə oyununda məhsuldar səhvə yol verib.
 
Almaniyalı qeyri-dəqiq ötürməylə rəqibin qol vurmasında rol oynayıb. Leno 2018-ci ilin yayından indiyədək 8-ci dəfə qola baiskar olub.
 
İngiltərə Premyer Liqasında yalnız iki qapıçı daha çox məhsuldar səhv edib. Cordan Pikford 11, Devid de Xea 9 dəfə özü öz başına bəla açıb.