00:01 23-10-2020
news_image
87
FUTBOL

Tarixində ikinci dəfə - “Bayer”dən 6 qol

Almaniyanın “Bayer” klubu tarixində ikinci dəfə avrokubok matçında 6 qol vurub.
 
Apasport.az saytının məlumatına görə, Leverkuzen təmsilçisi Avropa Liqasının qrup mərhələsinin I turunda Fransanın “Nitsa” klubunu 6:2 hesabı ilə darmadağın edib.
 
Bunadək “Bayer” yalnız bir dəfə belə məhsuldarlıq göstərib. Bu, 1997-ci il avqustun 13-də baş verib.
 
Bundesliqa klubu Tbilisi “Dinamo”sunu 6:1 hesabı ilə yenib. Bu matç Çempionlar Liqasının təsnifat mərhələsində keçirilib.