01:03 23-10-2020
news_image
118
FUTBOL

“Qarabağ”ın oyununda hərəyə 3 dəqiq zərbə - STATİSTİKA

Avropa Liqasının qrup mərhələsinin “Makkabi” (Təl-Əviv, İsrail) – “Qarabağ” (Azərbaycan) matçının statistikası açıqlanıb.
 
Apasport.az saytının məlumatına görə, UEFA I qrupunda baş tutan I turun görüşünün göstəricilərini hesablayıb.
 
Azərbaycan çempionunun İsrail təmsilçisi ilə qarşılaşmasında təxminən bərabər mübarizə gedib. Əksər komponentlərdə ya tarazlıq hökm sürüb, ya da cüzi fərq olub. 1:0 hesabı ilə qalib gələn meydan sahibləri zərbə sayında minimal üstünlük qazanıb. Komandalar çərçivəyə eyni sayda – hərəyə 3 dəqiq zərbə vurub.
 
“Makkabi” (Təl-Əviv, İsrail) – “Qarabağ” (Azərbaycan)
Qollar – 1:0
Zərbələr – 8:7
Çərçivəyə zərbələr – 3:3
Çərçivəyə düşməyən zərbələr – 3:2
Bloklanan zərbələr – 2:2
Künc zərbələri – 4:4
Oyundankənar vəziyyət -  1:3
Sarı vərəqələr – 4:3
Qırmızı vərəqələr – 0:0
Qayda pozuntuları – 20:25