01:47 23-10-2020
news_image
141
FUTBOL

“Nəticə üçün gəlmişdik, amma alınmadı” – Qurban Qurbanov

“Rəqibi təbrik edirəm. Bura nəticə qazanmaq üçün gəlmişdik, amma alınmadı”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
48 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin I turunun “Makkabi” (Təl-Əviv, İsrail) ilə səfər oyunu barədə fikirlərini açıqlayıb. O, komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatan görüşdən sonra mətbuat konfransında görüşü dəyərləndirib: “Heyətimizdə problemlər var idi, buna baxmayaraq ən yaxşısını etməyə çalışdıq. Artıq bu oyunu unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq, bizi qrup mərhələsində qarşıda daha 5 oyun gözləyir".