09:02 23-10-2020
news_image
109
FUTBOL

“Bunu “Qarabağ” önündə göstərdik” – Dan Qlazer

“Futboldan ötrü darıxmışdım. Son oyundan bəri çox vaxt keçdi”.

Apasport.az saytının məlumatına görə, bunu Təl-Əviv “Makkabi”sinin yarımmüdafiəçisi Dan Qlazer deyib.

İsrail klubu Avropa Liqasının qrup mərhələsinə “Qarabağ” üzərində 1:0 hesablı qələbə ilə start götürüb.

Koronavirus xəstəliyini geridə qoyan futbolçulardan olan Qlazer komandanın çıxışından məmnunluq bildirib: “Əyləncəli oyun oldu. Matçın bizim üçün yaxşı keçməsinə və qələbəmizlə yekunlaşmasına sevindim. İndi stabilliyə ehtiyacımız var. Futbol üçün ac idik. Koronavirus infeksiyasına görə evdə təcrid vəziyyətində məşq edirdik. Fitness məşqçimiz bizi çox tez toparladı. Bütün gücümüzlə geri qayıtdığımızı “Qarabağ” önündə göstərdik”.

Qeyd edək ki, “Qarabağ”la qarşılaşmaya ilk “11-lik”də başlayan Dan Qlazer 90 dəqiqəni əvəz edilmədən keçirib.