09:18 23-10-2020
news_image
242
FUTBOL

Ev oyununu İsraildə keçirmək istəyib – “Qarabağ”

Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Avropa Liqasındakı ev oyunlarını alternativ ölkədə keçirmək məcburiyyətində qalan “Qarabağ” növbəti rəqibini İsraildə qəbul etmək istəyib.

Apasport.az xəbər verir ki, bu iddia ilə İsrail mətbuatı çıxış edib.

Bildirilib ki, “Makkabi” ilə oyun üçün iki gündür Təl-Əvivdə olan Azərbaycan çempionu bu şəhəri çox bəyənib. Hətta məsələ ilə bağlı “Makkabi” rəhbərliyi və İsrail Futbol Assosiasiyasına müraciət də edilib.

Lakin yekun qərarı yerli səhiyyə nazirliyi verməli olub. Onlar koronavirus pandemiyası ilə əlaqədar buna icazə verməyiblər. Nazirlik yalnız İsrail təmsilçilərinin rəqiblərini bu ölkədə qəbul edə biləcəyini çatdırıb, müraciəti təsdiqləməyib.

Qeyd edək ki, ilk matçda “Makkabi”yə 0:1 hesabı ilə məğlub olan “Qarabağ” II turda İspaniya klubu “Vilyarreal”ı İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda qəbul edəcək.