11:12 23-10-2020
news_image
95
FUTBOL

“Arzum 50 ölkənin dünya çempionu olmasıdır” - İnfantino

FİFA prezidenti Canni İnfantino Avropa Premyer Liqası adı altında turnirin keçirilməsi ideyasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun rəhbəri buna müsbət yanaşmadığını söyləyib.

İsveçrəli funksioner Klublararası Dünya Çempionatının inkişafına daha çox önəm verdiyini deyib: “Mənim üçün “Bavariya”nın “Liverpul”la yox, “Boka Xuniors”la qarşılaşması önəmlidir. “Liverpul”un dünyada 180 milyon azarkeşi var ki, bunun cəmi 5 milyonu İngiltərədədir. “Flamenqo”nun isə 40 milyon fanatından 39 milyonu Braziliyada yaşayır. Avropadan kənardakı klubların gələcəkdə qlobal cəlbedici gücə malik olmasını istəyirəm. Mənim arzum 50 ölkənin və 50 klubun dünya çempionu olmasıdır”.

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted” və “Liverpul” klubları Avropa Premyer Liqası turnirinin təşkilini təklif ediblər.