11:25 23-10-2020
news_image
117
FUTBOL

Özilə təklif – MLS-dən

İngiltərənin “Arsenal” klubunun futbolçusu Məsut Özil karyerasını ABŞ-da davam etdirə bilər.

Apaspor.az saytının məlumatına görə, Almaniya yığmasının sabiq üzvü “Di Si Yunayted”in maraq dairəsinə düşüb.

MLS klubu yarımmüdafiəçini heyətində görmək niyyətindədir. Bu keçid qış fasiləsində - gələn ilin yanvarında gerçəkləşə bilər.

Qeyd edək ki, Özil Premyer Liqa və Avropa Liqası üçün sifariş ərizəsinə salınmayıb.