12:05 23-10-2020
news_image
173
FUTBOL

“Qarabağ”ın ən yaxşısı kimdir? – Avropa Liqasında

Avropa Liqasının qrup mərhələsinin I turundan sonra futbolçuların reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvələ İngiltərə “Tottenhem”inin koreyalı legioneri Hyunq-Min Son başçılıq edir.

Asiyalının hesabında 4231 xal var. Mikel Merino (Real-Sosyedad) 3761 xalla 2-cidir. İlk “üçlüy”ü Fransa “Lill”inin forvardı Yusuf Yazıçı qapayır – 3714 xal.

Avropa Liqasın qrupundakı yeganə Azərbaycan təmsilçisi “Qarabağ”ın ən yaxşısı Patrik Andradedir. 644 xala malik legioner 357-cidir. 

Maksim Medvedev 623 xalla 367-cidir. Ondan 22 pillə geri qalan Abbas Hüseynov isə 571 xala malikdir.