12:29 23-10-2020
news_image
78
FUTBOL

Yeni müqavilə təklifi - “Mançester Siti”dən

İngiltərənin “Mançester Siti” klubu müdafiəçisi Erik Qarsiyanı komandada saxlamaqda israrlıdır.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Pep Qvardiola “Barselona”ya qayıtmağı arzulayan 19 yaşlı oyunçu ilə bağlı planlarının böyük olduğunu söyləyib.

İspaniyalı mütəxəssis həmyerlisinə yeni müqavilə təklif etdiklərini deyib: “Ümid edirəm ki, Erik yeni müqavilə təklifini qəbul edər. O, stabil futbolçudur, bizimlə olmasından məmnunuq”.

Qeyd edək ki, Erik Qarsiyanın “Mançester Siti” ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.