13:25 23-10-2020
news_image
90
FUTBOL

Van Deykə əvəzləyici tapdı – “Liverpul”

“Napoli”nin müdafiəçisi Kalidu Kulibali daha bir klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, seneqallı futbolçu İngiltərədən növbəti təklifi alıb.

“Mançester Siti” və “Mançester Yunayted”dən sonra “Liverpul” da 29 yaşlı oyunçunu heyətinə qatmaq fikrinə düşüb. Həmçinin PSJ-nin də izlədiyi Kulibali üçün “Liverpul” 70-75 milyon avro ödəməyə hazırdır. Bu isə Neapol klubunun tələb etdiyi məbləğdir. “Qırmızılar” zədə səbəbindən uzun müddət komandadan ayrı qalacaq Vircil van Deykin boşluğunu onunla doldurmaq niyyətindədir.

Qeyd edək ki, Kalidu Kulibali 2014-cü ildən “Napoli”də çıxış edir.