15:15 23-10-2020
news_image
70
FUTBOL

Ən yaxşısı seçildi - Çempionlar Liqasının

Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin I turunun ən yaxşısı adına Kinqsli Koman layiq görülüb.

Almaniya “Bavariya”sının fransalı yarımmüdafiəçisi UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermənin qalibi olub. “Atletiko” ilə görüşdə 2 qol və 1 məhsuldar ötürmə verən 24 yaşlı futbolçu digər namizədləri qabaqlayıb.

Qeyd edək ki, ən yaxşı adına digər namizədlər Alvaro Morata (Yuventus), Tete (Şaxtyor) və Anxelinyo (Leypsiq) idi.