17:33 23-10-2020
news_image
62
FUTBOL

Koronavirusa yoluxdu – Super Liqa klubunun futbolçuları

Türkiyənin daha bir klubunda koronavirusa yoluxma halı yaşanıb.

Apasport.az saytının məlumatına görə, “Kasımpaşa” klubu iki futbolçudan götürülən testin nəticəsinin pozitiv çıxdığını açıqlayıb.

Super Liqanın VI turunda “Göztəpə” ilə qarşılaşacaq İstanbul təmsilçisində koronavirusa yoluxan hər iki futbolçu təcrid olunub.

Qeyd edək ki, bu gün keçiriləcək “Kasımpaşa” – “Göztəpə” oyunu saat 21:00-da başlayacaq.