17:58 23-10-2020
news_image
94
FUTBOL

Baş məşqçiliyə başlayır – Ueyn Runi

“Derbi Kaunti”nin hücumçusu Ueyn Runi tezliklə baş məşqçiliyə başlaya bilər.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı forvardın komandasını çalışdırması variantı yaranıb.

Mövsümə uğursuz nəticələrlə start götürən “Derbi Kaunti” Çempionşipin VII turunda “Nottingem Forest”ə də məğlub olarsa, hazırkı baş məşqçi Filipp Koku istefaya göndəriləcək. Rəhbərlik belə olan təqdirdə bu postu Runiyə tapşırmağı planlaşdırır. Yeganə problem İngiltərə millisinin sabiq forvardının UEFA məşqçi lisenziyasının olmamasıdır.

Qeyd edək ki, Ueyn Runi “Derbi Kaunti”yə bu ilin yanvarında ABŞ-ın “Di Si Yunayted” klubundan keçib.