23:33 23-10-2020
news_image
73
FUTBOL

Karantindən çıxdı – “Yuventus”

İtaliyanın “Yuventus” klubu karantindən çıxdığını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisinin 61 üzvünün təcrid müddəti başa çatıb.

“Qoca sinyora” yarımmüdafiəçisi Ueston Makkenninin koronavirus infeksiyasına yoluxmasından sonra karantin elan etmişdi. Protokola görə, bu müddətdə komanda müntəzəm məşq edə və oyun keçirə bilər. Sadəcə, kollektivdən kənar insanlarla təmasa icazə yox idi. Makkennidən əvvəl hücumçu Kriştianu Ronaldo və U-23 komandasının məşqçisi Lamberto Dzauli koronavirusa yoluxub.

Qeyd edək ki, “Yuventus” A seriyasında növbəti oyununu oktyabrın 25-də “Verona”ya qarşı keçirəcək.