00:00 24-10-2020
news_image
99
FUTBOL

Maaş artmır, müqavilə yenilənir - Poqbaya ultimatum

İngiltərənin “Mançester Yunayted” klubu yarımmüdafiəçisi Pol Poqbaya yeni uzunmüddətli müqavilə təklif edib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi bununla bağlı danışığa başlayıb.

“Qırmızı şeytanlar” maaşın artırılmayacağını və sözləşmənin hazırkı şərtlərlə uzadılacağını bildiriblər. Fransa millisinin üzvü daha yüksək məvacib tələb etsə də, rəhbərlik konkret ultimatum verib. Klub heç bir oyunçunun çilili hücumçu Aleksis Sançes qədər pul almayacağını bəyan edib. Sançes həftədə 400 min funt-sterlinq qazanır.

Qeyd edək ki, Pol Poqbanın “Mançester Yunayted”lə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.