09:38 24-10-2020
news_image
63
DİGƏR NÖVLƏR

Düşmənin bir neçə dayaq məntəqəsi dağıdıldı və vacib yüksəkliklər azad edildi

Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələri bölmələrinə atəşlə ciddi ziyan vurulub.

APA xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb. Bəzi istiqamətlərdə düşmən nizamsız qaydada mövqeləri tərk edərək geri çəkilib. Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib.