10:17 24-10-2020
news_image
105
FUTBOL

Çalhanoğluya üç təklif – A seriyasından

İtaliyanın “Milan” klubunun futbolçusu Hakan Çalhanoğlu komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, hücumçu üç klubun maraq dairəsinə düşüb.

A seriyasının üç iddialısı onu heyətində görmək istəyir. Bunlar “Yuventus”, “İnter” və “Napoli”dir.

Bu komandalar artıq qarşıdakı qış fasiləsində futbolçunu transfer etmək istəyir. Lakin Milanın eyniadlı təmsilçisi də Hakanın müqaviləsini uzatmaqda maraqlıdır. Onun hazırkı anlaşması 2021-ci ilin yayında başa çatır.

Qeyd edək ki, Çalhanoğlunun qiyməti 23 milyon avro ilə dəyərləndirilir.