11:19 24-10-2020
news_image
60
FUTBOL

“Çatışmazlığa rəğmən..." - yığmamızın baş məşqçisi

“Rəqib komandanı təbrik edirəm və gələcək oyunlarda onlara uğurlar arzu edirəm. Uzun müddət pandemiya ilə əlaqədar məşq etmədik”.

Apasport.az saytının məlumatına görə, bunu qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.

O, Avropa çempionatının seçmə mərhələsinin Polşa ilə oyunundakı 0:3 hesablı məğlubiyyətə şərh verib: “Bir çox ölkələrdə çempionat dayandırıldıığından legionerlərin oyun təcrübəsinin olmaması oyuna öz təsirini göstərdi. Buna baxmayaraq, komandanın oyunundan razıyam. Bu qədər çatışmazlığa rəğmən, komanda həqiqətən xarakter nümayiş etdirdi”.

Polşa milli komandasının baş məşqçisi Miloş Stepinski nəticədən razılığını gizlətməyib: “Sevindirici haldır ki, pandemiya olmasına baxmayaraq, bu oyun baş tutdu. Azərbaycan Polşaya gələ bildi və biz bu oyunu oynadıq. Oyuna gəlincə, nəticədən tam razı qaldım, amma ikinci hissədədəki oynumuz məni qane etmədi. Çünki yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Bu amil məni çox narahat edir. Komanda olaraq bu çatışmazlığı aradan qaldırmalıyıq”.