12:43 24-10-2020
news_image
136
FUTBOL

“Milan” tək qaldı – “Böyük beşlik”də

“Böyük beşlik” liqalarında mövsümün startında xal itirməyən komandaların sayı minimuma enib.

Apasport.az saytının məlumatına görə, qələbə seriyası davam edən yeganə komanda “Milan”dır.

İtaliya A seriyasının startında 4 qələbəni sıralayan “rossonyeri”nin bunadək yeganə şəriki olan “Aston Villa” dünən xal itirib. İngiltərə Premyer Liqasında “Lids”ə 0:5 hesabı ilə uduzan birminhemlilər “Milan”ı tək qoyub.

Qeyd edək ki, “Milan”ın son məğlubiyyətini martın əvvəlində “Cenoa”dan alıb – 1:2.