16:04 24-10-2020
news_image
102
FUTBOL

“Biz birlikdə güclüyük” – paytaxt derbisində

Azərbaycan Premyer Liqasının daha bir oyununda Ordumuza dəstək nümayiş olunub.
 
Apasport.az saytının məlumatına görə, VII turun “Keşlə” - “Neftçi” matçında da Dağlıq Qarabağda işğalçı Ermənistan üzərində qələbələri sıralayan Müzəffər Azərbaycan Ordusuna dəstək pankartı qaldırılıb.
 
Paytaxt derbisində meydana çıxan komandaların əllərindəki pankartda “Biz birlikdə güclüyük” şüarı yazılıb.
 
Qeyd edək ki, “Keşlə” – “Neftçi” matçı saat 16:00-da başlayıb.