22:16 24-10-2020
news_image
114
FUTBOL

Məğlubedilməz - “Nou Kamp”da

“Real”ın baş məşqçisi Zinəddin Zidan yeni rekorda imza atıb.
 
Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis La Liqanın VII turunun səfər matçında “Barselona” üzərində qələbəyə sevinib.
 
3:1 hesablı qələbə Zidanın “Nou Kamp”dakı altıncı “El-Klasiko”su olub. “Real” onun rəhbərliyi altında keçirdiyi bu matçlarda uduzmayıb.
 
Zidanın yetirmələri Barselonadakı görüşlərdə üç qələbə və üç heç-heçəyə nail olub. Bu, “Real”ın baş məşqçiləri arasında mütləq rekorddur.