12:25 25-10-2020
news_image
74
FUTBOL

2 aylıq itirdi – “Bavariya” müdafiəçisini

Almaniya Bundesliqasının V turunda “Ayntraxt” üzərində 5:0 hesablı qələbə qazanan “Bavariya” əvəzində bir futbolçusunu itirib.
 
Apasport.az saytının məlumatına görə, müdafiəçi Alfonso Devis matçın əvvəlində əvəzlənib.
 
Artıq 3-cü dəqiqədə zədələnərək meydanı tərk etmək məcburiyyətində qalan 20 yaşlı sol cinah oyunçusu sağ diz bağlarından xəsarət alıb. Baş məşqçi Hans-Diter Flik Kanada millisinin üzvünün təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.
 
Qeyd edək ki, Alfonso Devisin əvəzinə Lukas Ernandes 3-cü dəqiqədə meydana daxil olub.