12:49 25-10-2020
news_image
83
FUTBOL

Antirekord – A seriyası klubundan

“Bolonya” İtaliya A seriyasının V turunda “Latsio”ya 1:2 hesabı ilə məğlub olub.
 
Apasport.az saytının məlumatına görə, Sinişa Mixayloviçin yetirmələri bununla antirekorda imza atıb.
 
Komanda A seriyasının ardıcıl 38-ci matçında qapısında qol görməklə uğursuz göstəricini yeniləyib. Bu, “Top-5” ölkələrinin yüksək liqalarında antirekorddur. “Qırmızı-mavilər” bu müddət ərzində 69 top buraxıblar. “Bolonya” sonuncu dəfə 2019-cu il sentyabrın 25-də “Cenoa” ilə görüşdə qapısının toxunulmazlığını qorumağı bacarıb.
 
Qeyd edək ki, cari mövsüm aktivinə 3 xal yazdıran “Bolonya” hazırda 18-ci pillədə qərarlaşıb.