13:33 25-10-2020
news_image
212
FUTBOL

“PSJ-də oynamaq istəyirəm” – “Mançester Siti”nin futbolçusu

“Mançester Siti”nin yarımmüdafiəçisi Riyad Mahrez tezliklə komandasını dəyişə bilər.
 
Apasport.az saytının məlumatına görə, Əlcəzair millisinin üzvü ən böyük arzusunun PSJ-də oynamaq olduğunu söyləyib.
 
29 yaşlı futbolçu gələcəkdə bunun baş verəcəyinə inanır: “Paris mənim şəhərimdir, burada böyümüşəm. Hazırda “Mançester Siti” ilə müqaviləm var. Amma PSJ-yə heç vaxt qapımı bağlamıram. Məni istəsələr, bu barədə mütləq düşünəcəyəm”.
 
Qeyd edək ki, Riyad Mahrez “Mançester Siti”yə 2018-ci ildə “Lester”dən keçib.