16:16 25-10-2020
news_image
80
FUTBOL

İtki ilə üzləşdi – “Zirə”

Azərbaycan Premyer Liqasının VII turunda "Qarabağ"la qarşılaşan "Zirə" ciddi itki ilə üzləşib. 

Apasport.az saytının məlumatına görə, baş məşqçi Rəşad Sadıqov erkən əvəzləməyə əl atıb.

Matçın startında zədələnən yarımmüdafiəçi Elvin Camalov oyunu davam etdirə bilməyib. Nəticədə 6-cı dəqiqədə onu milli komandamızın digər üzvü Ruslan Qurbanov əvəzləyib.

Qeyd edək ki, hazırda ilk hissəsi gedən qarşılaşmada hesab açılmayıb.