09:37 26-10-2020
news_image
73
FUTBOL

“Ronaldonun karantini pozduğu sübut olunub” - nazir

İtaliya idman naziri Vinçentso Spadafora “Yuventus”un hücumçusu Kriştianu Ronaldonun karantin qaydalarını pozduğunu növbəti dəfə bəyan edib.

Apasport.az saytının məlumatına görə, nazir hazırda koronavirusdan əziyyət çəkən Portuqaliya millisinin kapitanının Əsasnaməyə uyğun hərəkət etmədiyini vurğulayıb.

O, bunun artıq təsdiqləndiyini də deyib: “Ronaldo tibbi protokola əməl etmirdi. İstintaq bunu sübut edir”.

Qeyd edək ki, oktyabrın 13-də koronavirusa yoluxan Ronaldo ertəsi gün Turinə qayıtmaq və karantini orada keçirmək qərarına gəlib. Buna səbəb Portuqaliyadan fərqli olaraq, İtaliyada təcrid olunma 14 gün deyil, 10 gün olmasıdır.