10:06 26-10-2020
news_image

Karyerası ərzində qazandığı mükafat açıqlandı – Həbib Nurməhəmmədovun

MMA üzrə UFC-nin məğlubedilməz çempionu Həbib Nurməhəmmədovun karyerası ərzində qazandığı vəsait bəlli olub.

Apasport.az saytının məlumatına görə, amerikalı Castin Qetji üzərində qələbədən sonra karyerasını başa vurduğunu açıqlayan rusiyalı 10 milyon dollar mükafat əldə edib.

Bu, televiziyadan alınan bonuslar və ödənişli yayımların satışı nəzərə alınmamaqla hesablanıb. İlk döyüşünü 2013-cü ildə iranlı Kamal Şalorusa qarşı keçirən Həbib 10 min dollar və eyni qədər bonus alıb. Castinlə son döyüş isə ona 3 milyon və əlavə 90 min dollar bonus qazandırıb.

Qeyd edək ki, 32 yaşlı Nurməhəmmədov ümumilikdə 29, UFC-də 13 döyüş keçirib və hamısında qalib gəlib.