10:22 26-10-2020
news_image
66
FUTBOL

Premyer Liqada 100-cü oyunu - Vüsal İsgəndərlinin

Azərbaycan Premyer Liqasının VII turu Vüsal İsgəndərli üçün yubileylə əlamətdar olub. 

Apasport.az saytının məlumatına görə, “Keşlə”nin futbolçusu ölkə çempionatında 100-cü oyununu keçirib.

Bu yubiley “Neftçi” ilə ev matçına (0:1) təsadüf edib. Premyer Liqada 2014/15 mövsümündə debüt edən futbolçu 100 oyunda 11 qol vurub. O, indiyədək “Simurq”da 1, “Zirə”də 59 (6 qol), “Keşlə”də 40 (5 qol) görüşə çıxıb.

Qeyd edək ki, Vüsalın debütü 2015-ci il mayın 28-də keçirilən “Xəzər Lənkəran” – “Simurq” görüşündə (0:0) gerçəkləşib.

mövsüm

klub

oyun

qol

2014/15

Simurq

1

0

2015/16

Zirə

10

0

2016/17

Zirə

15

0

2017/18

Zirə

24

5

2018/19

Zirə

10

1

2018/19

Keşlə

13

0

2019/20

Keşlə

20

4

2020/21

Keşlə

7

1

Cəmi

 

100

11