10:45 26-10-2020
news_image
106
FUTBOL

Son 4 mövsümdə ilk - millimizin debütantından

“Sumqayıt”ın futbolçusu Əli Qurbani Azərbaycan Premyer Liqasında I dövrənin bombardiri olub.

Apasport.az saytı xəbər verir ki, o, arxada qalan 7 turda 6 qol vurub.

Bu, son 4 mövsüm üçün mütləq rekorddur. Əvvəlki üç çempionatın startında belə məhsuldarlıq qeydə alınmayıb. İlk 7 turda 6 və ya daha çox qol vuran sonuncu futbolçu 2016/17 mövsümündə olub. Həmin vaxt “Qəbələ”nin şərəfini qoruyan Baqali Dabo daha çox – 7 top vurub.

Qeyd edək ki, bombardirlər yarışında lider olan Qurbaninin ən yaxın izləyicisi Namiq Ələsgərov (“Neftçi”) 5 qol vurub. “Sumqayıt”ın forvardı eyni zamanda Azərbaycan millisinin debütantıdır.