14:05 26-10-2020
news_image
226
FUTBOL

“Qarabağ” önündə silahı – “Vilyarreal”ın

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın qonağı olacaq “Vilyarreal” heyətində dəyişikliklərə əl atacaq.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Unay Emeri La Liqanın VII turunda “Kadis”lə səfər matçında iştirak edən bəzi oyunçulara istirahət verməyi planlaşdırır.

Təcrübəli mütəxəssis 0:0 hesabı ilə nəticələnən dünənki qarşılaşmanın son yarım saatında meydanda olan Samuel Çukvuezeyə Azərbaycan çempionu ilə görüşdə ilk dəqiqələrdən şans verəcək. “Kadis”lə oyunda nigeriyalı vingerin çıxışından məmnun qalan Emerinin İstanbuldakı matçda əsas silahı məhz Çukvueze olacaq.

Yerli KİV-in yazdığına əsasən, getdikcə yüksəlişdə olan 21 yaşlı oyunçunun “Qarabağ”la qarşılaşmadakı performansı La Liqa görüşlərində də yenidən start heyətinə yolunu açacaq.

Qeyd edək ki, oktyabrın 29-da “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Vilyarreal” qarşılaşması Bakı vaxtı ilə 21:55-də başlayacaq.