15:05 26-10-2020
news_image
142
FUTBOL

“Yeni Poqba”ya maraq – iki nəhəngdən

“Ayaks”ın yarımmüdafiəçisi Rayan Qravenberx Avropa nəhənglərinin maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, 18 yaşlı futbolçunu konkret olaraq “Yuventus” və “Barselona” heyətinə qatmaq niyyətindədir.

Adıçəkilən klublar Rayana gələcəkdə əsas heyətində yer açmağı planlaşdırır və bu üzdən onun uğrunda mübarizə aparır. Ucaboy yarımmüdafiəçi oyun üslubuna görə, “Mançester Yunayted”in fransalı orta sahə oyunçusu Pol Poqba ilə müqayisə edilir və “yeni Poqba” adlanır.

Qeyd edək ki, “Ayaks”ın yetirməsi olan Rayan Qravenberx 2018-ci ildən əsas komandada yer alır.