15:56 26-10-2020
news_image
86
FUTBOL

Haaland üçün 75 milyon – Premyer Liqa klubundan

Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haaland tezliklə komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” gənc forvardın xidmətində maraqlıdır.

Bir neçə Avropa nəhənginin diqqət mərkəzində olan Norveç millisinin üzvü üçün “mankunianlar” hərəkətə gəlib. Premyer Liqa təmsilçisi 20 yaşlı qolçu üçün almanlara 75 milyon avro təklif edib. Bundesliqa klubu bu təklifi hələlik cavablandırmayıb.

Qeyd edək ki, Erlinq Haalandın “Borussiya” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.