17:28 26-10-2020
news_image
114
FUTBOL

“Ailəmlə məsləhətləşdikdən sonra müsbət cavab verdim” - Riçard Almeyda

"Yenidən Azərbaycana qayıtdığıma görə şadam". 

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin yeni transferi Riçard Almeyda deyib.

Braziliyalı yarımmüdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında paytaxt təmsilçisinə keçidi barədə fikirlərini bölüşüb: “Baş məşqçimiz Rəşad Sadıqov "Zirə"yə keçməyimlə bağlı fikirlərimi soruşdu. Ailəmlə məsləhətləşdikdən sonra müsbət cavab verdim. Bilirəm ki, Azərbaycan Premyer Liqasında iddialı komandalar çoxdur. Bizim də çox yaxşı komandamız var. Ümid edirəm ki, öz təcrübəmlə "Zirə"yə kömək edə biləcəm".

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu olan legioner “Zirə” ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.