22:11 26-10-2020
news_image
104
FUTBOL

AFFA niyə Zaqrebi seçib? – SƏBƏB

Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsinin Monteneqro ilə oyununu Xorvatiyanın Zaqreb şəhərində keçirməsinin səbəbi bəlli olub.
 
Apasport.az saytının məlumatına görə, ev matçını ölkə xaricində keçirməli olan millimizin “Maksimir” stadionunda oynamasını AFFA istəyib.
 
Buna səbəb Azərbaycan millisi yoxlama oyunu keçirməsidir. Canni de Byazinin yetirmələri Sloveniya ilə qarşılaşacaq.
 
Matç noyabrın 10-da baş tutacaq. Görüş Lyublyana şəhərində təşkil olunacaq. Məhz bu yoxlama oyununa görə Lyublyanaya yaxın olan Xorvatiyanın Zaqreb şəhəri seçilib.