00:09 27-10-2020
news_image
86
FUTBOL

İngiltərə klubunun hədəfində - Serxio Ramos

İngiltərənin “Arsenal” klubu İspaniya millisinin futbolçusu Serxio Ramosu transfer etmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi şərəfini qoruduğu “Real”la yeni müqavilə barədə razılıq əldə edə bilməyən müdafiəçinin xidmətində maraqlıdır.

Yayda azad agent statusu alacaq futbolçunu pulsuz heyətə qatmaq imkanı Premyer Liqa klubunun planlarına uyğundur. Ramos madridlilərlə yeni anlaşmaya imza atmasa, “topçular” ona təklif göndərəcəcək.

Qeyd edək ki, Ramosla “Real” müqavilənin müddəti ilə bağlı ortaq məxrəcə gələ bilmir.