13:10 27-10-2020
news_image
167
FUTBOL

Hakimləri açıqlandı - "Qarabağ" - "Vilyarreal" matçının

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində İspaniya klubu “Vilyarreal”la keçirəcəyi oyunun hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA Azərbaycan çempionunun İstanbulda ev sahibliyi edəcəyi qarşılaşmada ədaləti qoruyacaq referilərin adlarını açıqlayıb.

“Başakşəhər Fatih Terim” stadionundakı matçı çexiyalı Pavel Orel idarə edəcək. Onun köməkçiləri həmyerliləri Peter Blajez və Yiri Krij olacaq. Dördüncü hakim funksiyasını Andrey Peçaneç yerinə yetirəcək.

Hakimlərin işinə gürcüstanlı hakim-inspektor Levan Paniaşvili qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə Anna Bordyuqova (Ukrayna) olacaq.

Qeyd edək ki, oktyabrın 29-da keçiriləcək “Qarabağ” – “Vilyarreal” oyunu Bakı vaxtı ilə 21:55-də başlayacaq.