10:38 27-10-2020
news_image
70
FUTBOL

İstədiyi vaxt “Barselona”dan gedə bilər - Pike

İspaniyanın “Barselona” klubu ilə futbolçusu Jerar Pike arasında müqavilənin vacib detallarından biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, 2024-cü ilə qədər olan yeni anlaşmaya müdafiəçinin istəyi ilə bir şərt daxil edilib.

Pikenin israrı ilə yazılan bənddə onun istənilən vaxt klubdan getmək hüququnun olduğu əksini tapıb. Amma futbolçu yalnız Avropadan kənar klublara keçə bilər. Bu isə o deməkdir ki, Jerar istədiyi vaxt müqaviləsini birtərəfli qaydada pozaraq MLS və ya “Könhə qitə”dən kənarda digər liqalardan birində davam etdirmək imkanına malikdir.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Jerar Pike 2008-ci ildən əsas komandada çıxış edir.