11:18 27-10-2020
news_image
98
FUTBOL

Ronaldolar kənarda qaldı – Neymarın siyahısında

Braziliya yığmasının və PSJ-nin hücumçusu Neymar dünyanın ən yaxşı futbolçularının adlarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu simvolik “5-lik”də qapıçıya yer verməyib.

Neymara görə, hazırda dünyanın ən yaxşıları Pol Poqba (Fransa, “Mançester Yunayted”), Lionel Messi (Argentina, “Barselona”), Luis Suares (Uruqvay, “Atletiko”), Kilian Mbappe (Fransa, PSJ) və Eden Azardır (Belçika, “Real”).

Bundan əlavə, 28 yaşlı oyunçu karyerasını bitirənlər arasında da seçim aparıb. O, Xavi (İspaniya), Frenk Lempard, Stiven Cerrard, Devid Bekhem (hamısı İngiltərə) və Tyerri Anrini (Fransa) digərlərindən üstün tutub.

Maraqlıdır ki, Neymar “Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldoya birinci, “Real”ın baş məşqçisi Zinəddin Zidan və öz həmyerlisi Ronaldoya ikinci siyahıda da yer verməyib.