11:57 27-10-2020
news_image
70
FUTBOL

Veteran futbolçusunu itirdi – “Qarabağ”ın rəqibi

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Təl-Əviv “Makkabi”si itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Tal Ben Haim İsrail çempionatının V turunda Beer-Şeva “Hapoel”i ilə görüşdə zədələnib.

67-ci dəqiqədə meydanda daxil olan İsrail millisinin sabiq üzvü 0:0 hesabı ilə bitən matçın gedişində rəqib futbolçu Joşuanın dirsək zərbəsindən sonra qabırğasında ağrılar hiss edib. 38 yaşlı futbolçu sona qədər meydanda qalsa da, onun bir neçə oyunu buraxması istisna edilmir. Veteran müdafiəçinin nə zaman yaşıl meydanlara dönəcəyi bərpa prosesindən asılı olacaq.

Qeyd edək ki, “Makkabi” Avropa Liqasının qrup mərhələsinin ilk oyununda evdə “Qarabağ” üzərində 1:0 hesablı qələbə qazanıb. Bu komandalar arasında cavab görüşü dekabrın 3-də baş tutacaq.