12:51 27-10-2020
news_image
89
FUTBOL

Aqueronu yenə itirdi - “Mançester Siti”

“Mançester Siti” hücumçusu Serxio Aqueronun xidmətindən yenidən məhrum qalıb.

Apasport.az saytının məlumatına görə, argentinalı ulduz futbolçu növbəti dəfə sıradan çıxıb.

Uzunmüddətli zədədən sonra 10 gün əvvəl dönüşünü qeyd edən 32 yaşlı forvard Premyer Liqanın VI turunda “Vest Hem”lə (1:1) səfər matçının ilk hissəsində zədələnərək fasilədən sonra əvəzlənib. Klub Argentina millisinin üzvünün 15-30 gün aralığında komandaya kömək edə bilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Serxio Aquero cari mövsüm ümumilikdə 3 oyunda meydana çıxıb, 1 qola imza atıb.