13:24 27-10-2020
news_image
103
FUTBOL

Sloveniya ilə yoldaşlıq görüşünün vaxtı dəyişdirildi - millimizin

Azərbaycan millisinin Sloveniya ilə keçirəcəyi yoldaşlıq görüşünün tarixi dəyişdirilib.

Apasport.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Lyublyana şəhərində baş tutacaq qarşılaşma əvvəlcədən xəbər verildiyi kimi, noyabrın 10-da deyil, 11-də olacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.

Qeyd edək ki, yığmamız noyabrın 14-də Xorvatiyanın Zaqreb şəhərində yerləşən "Maksimir" stadionunda Millətlər Liqasının V turu çərçivəsində Monteneqro ilə qarşılaşacaq.